Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İstedadları məhv etməyə çalışırıq, onlardan qisas alırıq” - Baş redaktordan ittiham

"Özümü dərk edəndən hər zaman düşünmüşəm: Azərbaycan niyə parçalandı, niyə bu günlərə qaldıq, niyə 2,8 milyon kv/km-dan 86,6 min kv/km-ya düşdük və onun da 17 mini belə... Yəqin ki, çox səbəbi var. Bir səbəbi də odur ki, bizdə birincilərin ətrafında “başlar” çox azdır və yaxud yoxdur; biz istedadlıları hər zaman məhv etməyə çalışırıq, onların yolunu kəsirik, onlardan istedadlı olduqları üçün qisas alırıq; biz o istedadları bir amal uğrunda birləşdirməyi, böyük olmağı, güclü olmağı hədəfləmirik. Yalnız düşündüyümüz bir şey var – bu “baş” mütləq boy göstərəcək və məni qabaqlayacaq".

Dominant.az xəbər verir ki, bunu Axar.az saytının baş redaktoru Anar Niftəliyev öz "Facebook" səhifəsində yazıb.

Baş redaktor fikirlərini belə davam etdirib:

"Heç düşünmürük ki, o ağıllılar, vətənsevərlər, milləti üçün canından keçməyə hazır olan ziyalılar bizim yanımızda təkcə Vətənə, dövlətə deyil, həm də mənim özümə xidmət edir: sənin ətrafında nə qədər ağıllı adam varsa, nə qədər strateq varsa, sən bir o qədər güclüsən. Dahi də olsan, yanında ən azı səni dərk edənlər olmalıdır, sənə ayı xidməti edənlər yox. Qol-qanadın yoxdursa, sən Şahin, Qartal ola bilməzsən!

Şah İsmayıl – bu balaca, cılız, 13 yaşlı uşaq o böyüklükdə və 300 ilə qədər yaşayacaq nəhəng imperiyanı Hüseyn Lələ ilə, Dədə ilə və adını xatırlamadığım, unutduğum “başlar”la qurdu, igidlərlə böyütdü.

Böyük Pyotr hələ də dünyaya meydan oxuyan imperiyanı zibilliklər içərisindən kimlərlə qaldırdı?

“Dünən”ə qayıdaq: Xalq Hərəkatı niyə güclü idi? Çünki ilk başda böyük ziyalılar, başlar vardı. Sonra niyə uçuruma getdi? Çünki “başlar”ı çaqqallar uzaqlaşdırdı ordan (Ziya Bünyadovun xatirələrini yadınıza salın).

Ətrafına topladığın başlar səni “kölgəyə” atmır, ata bilməz, mümkün deyil. Bu başlar səni yalnız böyüdə bilər.

Aslanların başında (ətrafında, yanında) çaqqallar olmur - aslanlar olur, qurdlar olur. O qurdlar, o aslanlar Aslanın yanında olmayanda, çaqqallar Aslana hücum edir.

Dünyanın ən böyük dərdi də Aslanın çaqqallar pəncəsində çarəsiz qalmasıdır. O mənzərənin dəhşətini "Youtube"da izləyə bilərsiniz. Allah bütün Aslanlarımızı çaqqal sürüsündən qorusun!

Allah bütün “başlarımızı” hifz eləsin – bu Vətən üçün, bu millət üçün və Birinci üçün!"

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib

Ən çox oxunanalar